Cüdo: Bu gün Azərbaycan birinciliyi start götürəcək

18 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə bu gün start veriləcək.

Komanda.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış fərdi və komandalar arasında baş tutacaq.

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində təşkil olunacaq turnirdə qızlar və oğlanlar arasında 6 çəkidə 207 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

İlk gündə oğlanlar arasında 46 kq, 60 kq və 81 kq çəki dərəcələrində, qızların birinciliyində isə 36 kq, 48 kq və 63 kq çəkilərdə qaliblər müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button