Cüdo Rövnəq Abdullayevin əlindən çıxdı – Nazir federasiya prezidenti seçildi
Bu gün Azərbaycan Cüdo Federasiyasında növbədənkənar seçki keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyinin binasında keçirilən seçkidə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Cüdo Federasiyasının yeni prezidenti seçilib. Nəbiyev bu vəzifədə Rövnəq Abdullayevi əvəz edib.
Rövnəq Abdullayev 2015-ci ildən Cüdo Federasiyasına rəhbərlik edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin