
Cüdo: Azərbaycan millisi Avropa çempionatında finala yüksəlib
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.
Komanda.az xəbər verir ki, milli qarışıq komanda yarışında ardıcıl olaraq Niderlanda 4:1, Almaniya və İtaliya yığmalarına 4:2 hesabı ilə qalib gəlib.
Komanda qızıl medal uğrunda görüşdə Fransa millisi ilə görüşəcək.
Avropa çempionatının fərdi yarışlarını 9 medalla başa vuran Azərbaycan millisi komanda hesabında birinci yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin