Mikels “Sabah”ın tarixinə düşdü
Coy Lens Mikels “Sabah”ın tarixinə yubiley qolunun müəllifi kimi düşüb.
Komanda.az xəbər verir ki, almaniyalı futbolçu paytaxt klubunun Premyer Liqada 150-ci qolunu vurub.
Bu, “Neftçi” ilə Premyer Liqanın 19-cu tur oyununda reallaşıb. “Sabah”ın 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Mikels penaltidən yararlanıb.
Yüksək liqada 2018/19 mövsümündə debüt edən “Sabah” 150-ci qola 123-cü oyunda çatıb. Komandanın hesabında ümumilikdə 151 top var. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 1,23-ə bərabərdir. Bakılılar evdə 78, səfərdə 73 dəfə fərqləniblər.
“Sabah” Premyer Liqada ən azı 150 qol vuran 23-cü komandadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin