“Çoxu problemin məndə olduğunu düşünür” – Potter
“Çelsi”nin baş məşqçisi Qrem Potter İngiltərə Premyer Liqasının 24-cü turunda “Sauthempton”a məğlubiyyəti (0:1) şərh edib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis problemin özündə olmadığını deyib:
“Evdəki məğlubiyyətdən sonra ünvanımıza istənilən tənqid başadüşüləndir. Çətin dövr keçirdik, gənc futbolçuların Premyer Liqaya uyğunlaşması ilə bağlı çoxlu problemlər yaşadıq. Çoxu problemin məndə olduğunu düşünür. Amma mən hesab etmirəm ki, onlar haqlıdır. Lakin bu, onların fikirlərini ifadə edə bilməyəcəkləri demək deyil. Biz geriyə addım atdıq. İkinci hissədə oyuna reaksiya yaxşı idi, amma yetərli deyildi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin