“Çoxlu səhvlərə yol verdik” – Joze Alesio
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Latviyaya qarşı keçirdikləri ikinci yoxlama oyununu şərh edib.
Komanda.az xəbər verir ki, braziliyalı mütəxəssis 2:2 hesabıyla başa çatan qarşılaşmadan sonra federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib:
“İlk oyunun birinci hissəsi haqda dediklərimin əksini etdik. Oyuna nəzarət edə bilmədik, müdafiədə və hücumda çoxlu səhvlərə yol verdik. Uşaqlar yorğun idilər, düzgün düşünüb, icra edə bilmədilər. Rəqib isə bu dəfə çox istəkli idi, demək olar, səhvsiz oynadı. Qarşıda daha iki oyunumuz var”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin