“Hücuma keçməliyik” – Haland
“Mançester Siti”nin hücumçusu Erlinq Haland komandanın cari mövsümdəki durumu haqda danışıb.
Komanda.az “şəhərlilər”in rəsmi saytına istinadən xəbər verir ki, norveçli futbolçu bu mövsüm hər şeyin yaxşı keçdiyini bildirib:
“Bu mövsüm hər şey yaxşı keçir, amma mükəmməl deyil. Çoxlu eniş-yoxuşlar oldu. Biz çox yaxşı başladıq və sonra bəzi problemlərlə üzləşməyə başladıq. Yaxşısı da, pisi də var idi. Diqqətimizi növbəti oyunlara yönəltmişik və qarşıdakı matçlarda əlimizdən gələni etməyə çalışacağıq. Hücuma keçməliyik.
Əlbəttə ki, çoxlu zədələrlə üzləşdik, amma sonda kim oynayırsa, komanda və klub üçün mümkün olan hər şeyi etməlisən – vacib olan budur”.
“Mançester Siti” son 4 görüşdə Liqa kubokunda “Tottenhem”ə (1:2), İngiltərə çempionatında “Bornmut”a (1:2) və “Brayton”a (1:2), həmçinin UEFA Çempionlar Liqasında “Sportinq”ə (1:4) uduzub.
Bizi Facebook-da izləyin