Simeone: “Çox yaxşı bir il keçirdik”
“Sevilya” ilə La Liqa oyunundan (1:0) sonra “Atletiko”nun baş məşqçisi Dieqo Simeone klubun son bir ildəki fəaliyyətini dəyərləndirib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, 2023-cü ilin komandası üçün yaxşı il olduğunu söyləyib:
“Çox yaxşı bir il keçirdik. 50 matçda cəmi 8 dəfə uduzub, 34 qələbə qazanıb, 104 qol vurduq. Beləliklə, 2022-ci ilin dekabrından 2023-cü ilin dekabr ayına qədər çox yaxşı bir il oldu”.
“Atletiko” (38 xal) əlavə göstəricilərə görə “Barselona”nı (38) qabaqlayaraq, La Liqada üçüncü pilləyə yüksəlib. “Sevilya” 16 xalla turnir cədvəlinin 15-ci pilləsində yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin