Sevinir – Sağ ayaqla ilk qolunu vurub

“Mançester Siti”nin futbolçusu Natan Ake İngiltərə Federasiya kubokunun 1/16 final mərhələsinin “Arsenal”la matçını (1:0) şərh edib. O, oyunda vurulan yeganə qolun müəllifi olub.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, niderlandlı oyunçu xoşbəxt olduğunu bildirib:

“İkinci hissədə bir az daha yaxşı oynadıq. Oyunumuzu göstərə bildik. Çətin oldu, rəqib çox təzyiq etdi. Erlinq Halandın xidmətindən həmişə olduğu kimi, çox istifadə etməliydik. Qələbə qazanmaq xoşdur. Xüsusilə də, bu görüşə qədər keçirdiyimiz iki çətin matçdan sonra. Bu qələbə növbəti matçda bizi daha da inamlı edəcək. Çox xoşbəxtəm. Çünki sağ ayağımla ilk qolumu vurdum”.

“Arsenal”ı mübarizədən kənarlaşdıran “Mançester Siti” 1/8 finala vəsiqə qazanıb. Komandanın rəqibi püşkatmadan sonra məlum olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button