De Rossi: “Biz çox xoşbəxtik”

“Roma”nın baş məşqçisi Daniele De Rossi Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Brayton”a məğlubiyyəti (0:1) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı məşqçi istədikləri kuboka bir addım daha yaxınlaşdıqlarını bildirib:

“Biz çox xoşbəxtik, çünki iki yaxşı komandanı məğlub etdik: “Feyenoord” və “Brayton”. Bu, bizi istədiyimiz kuboka bir addım da yaxınlaşdırdı. Göstərməli olduğumuz performansı göstərdik. Təbii ki, biz hücumdan daha çox müdafiədə çıxış etdik, bunu həmişə bəyənmirəm. Topa sahib olanda daha ağıllı oynayıb, daha təhlükəli əks-hücumlar keçirə bilərdik.

De Zerbi ilə qarşıdurma? Biz qucaqlaşdıq, onunla çox yaxınıq. Mən onu bir məşqçi və bir insan kimi həqiqətən qiymətləndirirəm və heyranam. Biz tez-tez futbol haqqında zarafat edirik”.

“Roma” iki oyunun nəticəsinə əsasən (4:1) 1/4 finala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button