“Çox xoşbəxtik, bu gün bayram edəcəyik”

“Milan”ın yeni baş məşqçisi Serjio Konseysao komandasının “İnter”lə oyundakı (3:2) uğurunu şərh edib.

Komanda.az “Sport Mediaset”-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı oyunçular üçün çox şad olduğunu bildirib:

“Oyunçular üçün çox şadam. Mən gələndə atmosfer arzuolunan dərəcədə yaxşı idi və çox güclü rəqiblərə qarşı iki superkubok matçına hazırlaşmağa vaxtımız yox idi. Komanda əla çıxış etdi. Oyunçular müzakirə etdiyimiz hər şeyi mənimsədilər. Çox xoşbəxtik, bu gün bayram edəcəyik, sabah isə “Kalyari” ilə oyunun hazırlığına başlayacağıq. Biz daha yaxşı oynaya bilərik. Artıq xarakterimiz olduğunu göstərmişik”.

Konseysaonun komandası 47-ci dəqiqəyə kimi iki cavabsız qol buraxsa da, təslim olmayıb. 52, 80 və 89-cu dəqiqələrdə Teo Hernandes, Kristian Pulişiç və Temmi Abrahamın dəqiq zərbələri sayəsində qələbəni qoparmağı bacarıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button