Çox xoşbəxtdir – Başqa təklif onu maraqlandırmır
“Bayern”in müdafiəçisi Benjamin Pavar komandadan ayrılmaq fikrində olmadığını bildirib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu Münhen klubunda xoşbəxt olduğunu deyib:
“Bayern”də çox xoşbəxtəm. Dünyanın ən yaxşı klublarından birində oynayıram. PSJ çox yaxşı layihəsi olan çox yaxşı klubdur, amma bu variant haqqında düşünmürəm”.
Fransa millisinin futbolçusu ilə PSJ yaxından maraqlanır.
Pavarın “Bayern”lə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. O, bu mövsüm bütün turnirlərdə 36 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin