“Çox xoşbəxtəm” – Obameyanq

“Barselona”nın hücumçusu Pyer-Emerik Obameyanq La Liqanın 25-ci turunda “Valensiya” üzərində qazandıqları qələbəni (4:1) şərh edib.

Komanda.az “sport.es” saytına istinadən xəbər verir ki, komandasının qələbəsinə iki qolla töhfə verən Obameyanq çox xoşbəxt olduğunu deyib:

“Çox xoşbəxtəm, çünki vacib matçda qalib gəldik. Bu, bizə inam verəcək. Son oyunlarda yaxşı oynayırıq. Sadəcə, nəticələri yaxşılaşdırmalıyıq.

Sonuncu dəfə “Mestalya”da oynayanda het-trik etmişdim, Avropa Liqasının yarımfinal matçında. Bu stadionda özümü yaxşı hiss edirəm. Mən burda oynamağı xoşlayıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button