Enrike: “Bu qələbəyə layiq idik”
PSJ-nin baş məşqçisi Luis Enrike Fransa superkubokunda “Monako” üzərində qazanılan qələbəni (1:0) şərh edib.
Komanda.az Paris klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı kubokun həmişə sevinc mənbəyi olduğunu bildirib:
“Çox xoş hisslərdir. Kubok həmişə sevinc mənbəyidir. Azarkeşlərimizlə dolu stadionda qələbə qazanaraq, yeni ilə bu cür başlamaq çox gözəldir. Bu, bizə gələcək üçün müsbət güc və inam verir. Bir neçə yüksək səviyyəli oyunçusu olan komandaya qarşı çətin matç oldu. Qarşılaşmada əla hissələr keçirdik, bu həm üstünlüyə, həm də dözməli olduğumuz dövrlərə aiddir. Düşünürəm ki, sonda bu qələbəyə layiq idik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin