“Çox vacib qələbə qazandıq” – Potter

“Çelsi”nin baş məşqçisi Qrem Potter İngiltərə Premyer Liqasının 20-ci turunun “Kristal Pelas”la matçından sonra (1:0) açıqlama verib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, futbolçularının yaxşı oynadığını bildirib:

“Üç xal qazandığımız üçün sevinirik. Real qol epizodlarımız oldu. Yaxşı oynadıq. Çox vacib qələbə qazandıq. Məncə, biz bütün oyunlarda yaxşı oynamağa çalışırıq. Sadəcə siz də bizim hazırda düşdüyümüz vəziyyəti başa düşməlisiniz”.

“Zadəganlar” İngiltərə Premyer Liqasının turnir cədvəlində 28 xalla 10-cu pillədə qərarlaşıb. Son 5 matçın 4-də qələbə qazana bilməyən “Kristal Pelas” 22 xalla 12-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button