“Çox üzücü nəticədir” – “Kayrat”ın baş məşqçisi

UEFA Çempionlar Liqasının ilk turunda “Kayrat” səfərdə Lissabon “Sportinq”inə 1:4 hesabı ilə məğlub olub.

Komanda.az “sports.kz”-ya istinadən xəbər verir ki, komandanın baş məşqçisi Rafael Urazbaxtin oyundan sonra nəticə ilə bağlı fikirlərini bildirib:

“Çox üzücü nəticədir. Bizim üçün oyun 60-cı dəqiqədən sonra faktiki olaraq bitdi. İndi isə irəli baxmaq, növbəti matça hazırlaşmaq lazımdır”.

“Kayrat” ÇL-in ikinci turunda doğma meydanda “Real”ı qəbul edəcək. Qarşılaşma sentyabrın 30-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button