“Çox şey dəyişəcək” – “Liverpul”un futbolçusu
“Liverpul”un müdafiəçisi Vircil van Dayk Mersisayd klubundakı gələcəyindən danışıb.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu klubda çox şeyin dəyişəcəyini bildirib:
“Bilmirəm, müqaviləmin bitməsinə 18 ay qalıb. Klubun çox işi var. Baş məşqçini, eləcə də bütün gedən işçiləri dəyişdirmək lazım gələcək. Çox şey dəyişəcək. İşin hansı istiqamətdə gedəcəyi mənə maraqlıdır. “Liverpul”un hansı dəyişiklikləri edəcəyini bildikdən sonra nə olacağını görəcəyik. İndi heç nə deyə bilmərəm”.
Yanvarın 26-da “Liverpul”un baş məşqçisi Yurgen Klopp bu mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
Van Dayk 2018-ci ilin yanvarından Mersisayd təsmilçisində oynayır. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədər nəzərdə tutulub. 32 yaşlı futbolçu bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 24 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin