“Çox şadam ki, Xavi kimi oyunçumuz var” – Kuman
Niderland millisinin baş məşqçisi Ronald Kuman “Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simonsun potensialı haqda danışıb.
Komanda.az “De Telegraaf”-a istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis gənc oyunçunun çıxışını yüksək qiymətləndirib:
“Simons klubunda fantastik şəkildə inkişaf edir. Bu onu göstərir ki, onu böyük gələcək gözləyir. Çox şadam ki, Niderland millisində Xavi kimi oyunçumuz var”.
Simons bu mövsüm “Leyptsiq”in heyətində bütün turnirlərdə 7 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin