
Ter Ştegen: “Flik çox cəsarətlidir”
“Barselona”nın almaniyalı qapıçısı Mark-Andre ter Ştegen Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flikin komandadakı debüt mövsümünü uğurlu hesab edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmyerlisi haqda bunu deyib:
“Flik çox cəsarətlidir. Əvvəlcə hər şeydə uğur qazana bilmədi. Mövsüm irəlilədikcə şübhələr getdikcə yox oldu. Və çox şadam ki, mövsüm onun üçün yaxşı keçdi.
Çempionlar Liqasında daha çox şeyə layiq idik. Biz finala çıxmağa çox yaxın idik. Mövsüm bizim üçün bütün turnirlərdə maraqlı keçdi. Klubun atributları sizdən həmişə ən yüksək səviyyədə çıxış etməyi tələb edir”.
Flik 2024-cü ildən “Barselona”ya rəhbərlik edir. O, Kataloniya klubu ilə ilk mövsümündə üç kubok: La Liqa, kral kuboku və İspaniya superkubokunu qazanıb.
Bizi Facebook-da izləyin