“Çox mehriban komandamız var”
“İnter”in hücumçusu Markus Türam Milan klubuna uyğunlaşması haqda danışıb.
Komanda.az “Sky Sport İtalia”-ya istinadən xəbər verir ki, fransalı futbolçu klubundan razı olduğunu bildirib:
“Mən işləməyi, komanda yoldaşlarımdan öyrənməyi sevən biriyəm və bu fürsəti “İnter”də əldə etdim. Çox mehriban komandamız var və belə bir atmosferə uyğunlaşmaq asandır. Birlikdə həm meydanda, həm də meydandan kənarda çox vaxt keçiririk. Bu, ümumi məqsədlərə nail olmaq üçün çox vacibdir”.
26 yaşlı hücumçu yayda Dortmund “Borussiya”sından “İnter”ə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin