
Ederson ayağını Türkiyəyə basan kimi iddialı açıqlama verdi
Ederson Moraes “Mançester Siti”dən “Fənərbaxça”yə keçidindən sonra yeni klubunda ən yüksək nailiyyətlər uğrunda mübarizə aparacağını açıqlayıb.
Komanda.az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı qapıçı çox məmnun olduğunu bildirib:
“Çox məmnunam. Bu mənim üçün yeni çağırış və yeni stimuldur. Onu tam şəkildə yaşamaq istəyirəm və özüm üçün dəqiq məqsədlər qoymuşam. Biz mütləq kuboklar uğrunda mübarizə aparmalıyıq və “Fənərbaxça”nı yenidən zirvəyə qaytarmalıyıq”.
32 yaşlı qolkiper “Mançester Siti”də 8 il çıxış edib. O, İstanbul klubuna 11 milyon avroya başa gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



