“Çox məyusuq” – “Napoli”nin baş məşqçisi

“Napoli”nin baş məşqçisi Luçano Spalletti Avropa Liqasının 1/16 final mərhələsində “Barselona” ilə oyundan sonra açıqlama verib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis, oyundan əvvəl böyük həyəcan olduğunu bildirib:

“Buraxdığımız iki erkən qoldan sonra yenidən oyuna qayıtmağı bacardıq. Amma fasiləyə az qalmış üçüncü qolu da buraxdıq ki, bununla da işimiz daha da çətinləşdi. Biz çox məyusuq. Azarkeşlərimizi də məyus etdik. Oyundan əvvəl stadionda, şəhərdə böyük həyəcan var idi. Belə vəziyyətdə ən yaxşı oyunumuzu göstərmək istəyirdik, amma təəssüf ki, bacarmadıq”.

“Napoli” ilk oyunda heç-heçə etdiyi (1:1) “Barselona”ya cavab matçında 2:4 hesabı ilə uduzaraq, Avropa Liqası ilə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button