“Çox istəyərdim ki, “Uotford”la oyun haqqında danışmağı dayandırasız” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Federasiya kubokunun 1/8 final mərhələsi çərçivəsində “Çelsi”yə 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib.

Komanda.az Mersisayd klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, alman mütəxəssis, turnirdə mübarizəni dayandırdıqları oyunla bağlı bunları deyib:

“Oyunun çətin olacağı məlum idi. Heyətdə bir neçə dəyişiklik etmişdik. Yaxşı qol epizodlarımız oldu. Rəqib bütün komanda ilə müdafiə olundu. Qol vura bilmədik, istədiyimizin əksinə, turnirdən kənarlaşdıq. Son 3-4 oyundur ki, çox qol buraxırıq, bunu bilirik. Bu oyun “Uotford”la görüşdən fərqli idi. Həmin oyunda həqiqətən pis çıxış etmişdik, amma bu gün pis oynamadıq. Çox istəyərdim ki, “Uotford”la oyun haqqında danışmağı dayandırasız. Bu oyunda məğlub olmağa layiq idik, çünki “Çelsi” iki qol vurdu, biz də o qollarda böyük səhvə yol verdik. Artıq hər şey öz əlimizdədir, düzgün istiqamət seçməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button