“Çox gənc və çox ac oyunçu ilə müqavilə imzaladıq” – Tuxel
“Bayern”in baş məşqçisi Tomas Tuxel “Qranada”nın yarımmüdafiəçisi Brayan Saraqosanın transferi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu 22 yaşlı futbolçunun transferini dekabrın 6-da elan edib. O, mövsümü “Qranada”da başa vuracaq və 2024-cü ilin yayında Almaniya təmsilçisinə qoşulacaq. Onun transfer məbləği 15 milyon avro olub. Tuxel transfer haqda bunları deyib:
“Çox gənc və çox ac oyunçu ilə müqavilə imzaladıq. O, yaxşı driblinqçidir, təkbətək vəziyyətlərdə çox güclüdür. Saraqosa da özünə çox arxayındır. Onun bizə qoşulmasından şadıq”.
Saraqosa bu mövsüm “Qranada”nın heyətində 14 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin