ÇL: “Çox güclü komandaya qalib gəlmək vacib idi”
“Mançester Yunayted”in qapıçısı Andre Onana Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Kopenhagen” üzərində qazanılan qələbəni (1:0) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komandasının çıxışını yüksək qiymətləndirib:
“Mən sadəcə öz işimi görürəm. Çox güclü komandaya qalib gəlmək vacib idi. Bu qələbəyə sevinirəm. Harri Maquayr əla iş gördü. Biz eyni ruhda davam etməliyik”.
“Mançester Yunayted” 3 xalla A qrupunda 3-cü yerdədir. “Kopenhagen” 1 xalla turnir cədvəlini qapayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin