ÇL: “İkinci qolu vurmamağımız biabırçılıqdır”

PSV-nin baş məşqçisi Peter Boş Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Borussiya” (Dortmund) ilə heç-heçəni (1:1) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis matç ərzində yaxşı şanslarının olduğunu bildirib: 

“Onların pressinqinə görə ilk vaxtlarda bəzi çətinliklərimiz oldu. Amma yenə də yaxşı şanslar yaratmağı bacardıq, xüsusən də, birinci hissədə. Çox gərgin matç oldu.

Oyuna biz nəzarət edirdik, ona görə də ikinci qolu vurmamağımız bu baxımdan biabırçılıqdır. Düşünmürəm ki, Çempionlar Liqası oyunu olması çox da təsir etdi”. ​

Bu komandalar arasında cavab görüşü 14 mart saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button