
“Çox çətin matç oldu” – Ter Ştegen
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen İspaniya çempionatının 12-ci turunun “Real Sosyedad”la oyununu (1:0) şərh edib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, komandanın əlindən gələnin ən yaxşısını etmədiyini deyib:
“Dominantlıq etdiyimiz anlar oldu, amma çox çətin matç oldu. Əlimizdən gələnin ən yaxşısını göstərmədik, amma təbii ki, üç xala sevinirik. Bəxt bizim tərəfimizdə olmasa da, qalib gəldik. Bunun ədalətli olub-olmadığını bilmirəm, amma biz çox xoşbəxt ayrılırıq”.
“Barselona” 27 xal toplayaraq La Liqanın turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Real Sosyedad” 6-cı yerdədir (19 xal).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin