
“Çox çevik komanda idik” – “Real”ın sabiq futbolçusu
Rafael Varan keçmiş komandası “Real”ın oyun tərzi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu psixoloji cəhətdən heç vaxt özlərini arxayın hiss etmədiklərini bildirib:
“Özünüzü bir qladiator və ya hansısa missiyadakı əsgər kimi hiss edirsiz. Meydançaya çıxanda qələbə naminə hər şeyi verməyə hazırsan. Psixoloji cəhətdən heç vaxt özümüzü arxayın hiss etmirdik. Biz fərqli səviyyədə oynamalı idik, məsələn, bu, kiçik komandaların böyük komandalarla oyununda olur. Bu, təvazökarlığın qarışığıdır. Həmişə nail olmaq üçün bir şey var idi. Və bu, müəyyən mənada təkəbbürdür. Güclü tərəflərimizi bilirdik, ancaq özümüzə həddən artıq güvənmirdik: bir az yavaşla və hər şey bitəcək. Hər kəs nə etməli olduğunu dəqiq bilirdi.
Bəzi oyunlarda ilk 30 dəqiqədə hiss edirdik ki, nəsə səhv gedir, bizi bloklayırdılar və boşluq başqa yerdə idi. Çox təlaş olmadan uyğunlaşırdıq. Matça başlayanda necə oynayacağımızı dəqiq bilmirdik. Bəzən gözləmədiyimiz halda hücuma keçirdik, nəticədə, şans yaranırdı və bundan istifadə edirdik. Çox çevik komanda idik. Mən bunu sənət hesab edirəm. Robotlaşma yox idi, həmişə sürprizlər olurdu. Bir dəfə işləyən bir daha işləməyə bilərdi. Həmişə yenidən kəşf etməli, uyğunlaşmalısan”.
Bizi Facebook-da izləyin