“Çox çalışmalıyıq ki, səhvlərimizi düzəldək”
Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli Latviyaya qarşı keçirdikləri ikinci yoxlama oyunundan sonra federasiyanın rəsmi saytına açıqlama verib.
Komanda.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan matçı belə şərh edib:
“İlk oyunla müqayisədə bu dəfə meydana fərqli taktika ilə çıxmışdıq. Müdafiədən oynayıb, rəqibi əks-hücumda yaxalamalı idik. Ancaq oyunun gedişində baş məşqçi fikrini dəyişdi və pressinq tətbiq etməyimizi istədi. Oyuna aşağı templə başladıq. Uzaq yol qət etməyimiz, ardıcıl ikinci gün oynamağımız, uzun müddət birgə matça çıxmamağımız, hər iki oyunu fərqli zallarda keçirməyimiz oyunun axarına təsir edən amillərdəndi. Meydana ancaq ikinci hissədə uyğunlaşa bildik. Rəqib isə müdafiədə daha yaxşı oynadı, çox istəkli idilər. Bu da meydan sahibi olmaqlarından irəli gəlir.
Hər iki oyunda səhvlərimizi gördük. Dünya çempionatının oyunlarına qədər vaxtımız var. Çox çalışmalıyıq ki, səhvlərimizi düzəldək, oyunlara yaxşı hazırlaşaq”.
Bizi Facebook-da izləyin