“Çox çalışırıq və bu, əladır” – “Neftçi”nin futbolçusu

“Ümid edirəm ki, mövsümün ikinci yarısında azarkeşləri sevindirəcəyik”.

Komanda.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu İvan Brkiç klubun televiziyasına açıqlamasında deyib.

Türkiyədə keçirilən qış təlim-məşq toplanışını dəyərləndirən xorvatiyalı qapıçı mövsümün ikinci yarısı üçün ümidli danışıb. 28 yaşlı qolkiper azarkeş dəstəyinin də onlar üçün vacib olduğunu vurğulayıb:

“Yalnız futbola köklənmək üçün hər cür şəraitimiz var. Çox çalışırıq və bu, əladır. Azarkeşlər bizim 12-ci oyunçumuzdur. Onların komandamızı tribunadan dəstəkləməkləri çox xoşumuza gəlir”.

“Neftçi” toplanış çərçivəsində ilk yoxlama görüşünü bu gün Macarıstan təmsilçisi “Vaşaş”a qarşı keçirəcək. Antalyadakı qarşılaşma saat 18:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button