“Çox çətin oyunda geri dönüş etməyi bacardıq”
Futbol üzrə Qətər milli komandasının baş məşqçisi Feliks Sançes Macarıstanın Debretsen şəhərində Azərbaycan yığmasına qarşı keçirdikləri yoldaşlıq oyununu şərh edib.
Komanda.az xəbər verir ki, ispan mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bütün futbolçularımı təbrik edirəm. Hər kəs çalışdı, döyüşdü, yaxşı futbol sərgilədi. Xarakter göstərə bilən oyunçulara malik olduğum üçün sevinirəm. Bu, 3 gündən bir keçirilən oyunlarda çox önəmlidir.
Oyun 90 dəqiqədir. Bütün oyun boyu dominantlıq eləmək olmaz. Oyuna pis başladıq, topu itirirdik, buna görə də müdafiədə oynamağa məcbur idik. Amma bu, oyunun bir parçasıdır. 25-ci dəqiqədən sonra isədiyimiz kimi oynamağa, qol vəziyyətləri yaratmağa başladıq. Qol vurmağa layiq idik və ikinci hissədə də yaxşı oynaraq istəyimizə nail olduq. Çox çətin oyunda geri dönüş etməyi bacardıq”.
Bizi Facebook-da izləyin