“Çox çətin oyun oldu” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 34-cü turdan təxirə salınmış “Tottenhem”lə oyununu (2:0) şərh edib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, rəqib komandanın yaxşı çıxış etdiyini bildirib:
“Çox çətin oyun oldu. Bunun baş verəcəyini bilirdik. Onlar çox enerji ilə oynayırlar və “Tottenhem”ə qarşı oynamaq çox çətindir. “Tottenhem” indiki baş məşqçisi ilə qalsa, onların gələcəyi inanılmaz olacaq.
Nə üçün oynadığımızı bilirik. Gərginlik var idi, rəqib çox yaxşı idi. Ona görə də bu qədər çətin idi. Bir gün istirahətimiz olacaq, iki gün hazırlaşacağıq, sonra yenə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin