Coşqunla Bəxtiyar oynadılar, komandaları “sülh bağladı”

Türkiyə 1-ci Liqasında 11-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bu gün azərbaycanlı futbolçuların formasını geyindiyi komandalar üz-üzə gəlib.

Coşqun Diniyevində çıxış etdiyi “Ümraniyəspor” doğma meydanda Bəxtiyar Həsənalızadənin də oynadığı “Tuzlaspor”u qəbul edib. Matçda qalib müəyyənləşməyib – 1:1.

Azərbaycanlı futbolçuların hər ikisi start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.

11 turdan sonra “Ümraniyəspor” 9 xalla 16-cı, 8 xalı olan “Tuzlaspor” isə 17-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button