
Azərbaycan millisinin üzvü hələ də klubsuzdur
Bu ilin fevralından Türkiyənin “Çorum” klubunda çıxış edən Coşqun Diniyevin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Çorum”la bir müddət əvvəl yollarını ayıran Azərbaycan millisinin üzvünün karyerasını harada davam etdirəcəyi maraq doğurur.
Futbolçunun atası, AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Komanda.az-a bildirib ki, hələ ki, Coşqunla bağlı nəsə yenilik yoxdur:
“Bu haqda hələ bir xəbər yoxdur”.
Coşqun Diniyev Azərbaycanda “Qarabağ”, “Sabah”, “Zirə”, “Səbail” kimi klublarda forma geyinib.
Nəzrin Kazımlı
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



