Coşqun və Bəxtiyarsız qələbələr
Türkiyə 1-ci liqasında 17-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” bu turda “Girəsunspor”u qəbul edib.
Diniyev 2:1 hesabıyla qalib gəldikləri bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Digər azərbaycanlı futbolçu – Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” isə səfərdə “Gənclərbirliyin”ə qalib gəldikləri matçda sonadək ehtiyatda qalıb.
Bu qələbələrdən sonra “Ümraniyəspor” 22 xalla 9-cu, “Tuzlaspor” 16 xalla 15-cidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin