Coşqun Diniyev Türkiyədə klubunu dəyişdi

Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyev Türkiyədə klubunu dəyişib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən yay “Bandırmaspor”a keçən 30 yaşlı yarımmüdafiəçi qış fasiləsində “Çorum”la anlaşıb.

Onun 1-ci liqadakı yeni klubu ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.

Diniyev “Bandırmaspor”un heyətində meydana çıxdığı 20 matçda 2 məhsuldar ötürmə edib. Ümumilikdə 1249 dəqiqə meydanda olan futbolçu bu müddətdə bir dəfə qırmızı vərəqə də alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button