Coşqun, Bəxtiyar və Sərtan qələbəyə sevindi, Ramil və Vüsal…
Türkiyə 1-ci liqasında 33-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçuların komandaları da növbəti matçlarına çıxıb.
Ramil Şeydayevli “Kocaelispor” səfərdə “Bodrumspor”la qarşılaşıb və 0:3 hesabıyla uduzub. Ramil start heyətdə meydana çıxsa da, 45-ci dəqiqədə əvəzlənib.
Coşqun Diniyevli “Ümraniyəspor” evdə “Ərzurumspor”u 2:0 hesabıyla məğlub edib. Millimizin üzvü 85-ci dəqiqədə meydana buraxılıb.
Bəxtiyar Həsənalızadənin komandası – “Tuzlaspor” səfərdə “Sakaryaspor”u 2:0 hesabıyla yenib. Bəxtiyar 82-ci dəqiqədə meydana buraxılıb.
Sərtan Taşkınlı “Manisa” isə bu dəfə Vüsal İsgəndərlinin komandasını – “Boluspor”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb – 1:0. Vüsalın sonadək ehtiyatda qaldığı matçda Sərtan 82-ci dəqiqədə “döyüşə atılıb”.
33 turdan sonra “Kocaelispor” 55 xalla 6-cı, “Boluspor” 50 xalla 9-cu, “Manisa” 40 xalla 11-cidir. “Ümraniyəspor”un da 40 xalı var və 12-cidir. “Tuzlaspor” isə 37 xalla 14-cü sırada yer alır.
Bizi Facebook-da izləyin