Sevgilisi Ronaldonun o fotosunu paylaşdı

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes yeni doğulan oğlunun ölümündən sonra ilk dəfə sosial şəbəkədə gündəmə gəlib.

Komanda.az xəbər verir ki, o, Ronaldonun İngiltərə Premyer Liqasının 34-cü turunun matçında “Arsenal”a qol vurduqdan sonra mərhum uşağına həsr etdiyi, barmağını göstərərək göyə baxdığı şəklini paylaşaraq, heç bir mətn yazmadan ağ ürək şəkli qoyub.

Ronaldo və Corcina cütlüyü aprelin 18-də yeni doğulan əkizlərindən birinin (oğlan) öldüyünü açıqlamışdılar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button