Corcina: “Evə çatanda Kriştiano mənə…”

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes cütlüyün cinsi əlaqədə olduğu ən qeyri-adi məkanı açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Netfliks”də yayımlanacaq sənədli serialın çəkilişi üçün verdiyi müsahibədə Ronalo ilə arasında olan dialoqu diqqətə çatdırıb:

“Nədənsə mən çimərlikdə suya girmək istəmirdim, lakin evə çatanda Kriştiano mənə spaya getməyi təklif etdi”.

Corcinanın dostu İvan da məsələ ilə bağlı münasibətini bildirib:

“Sevgini spada yox, yataqda yaşamaq olardı”.

O isə cavabında, “Biz bunu orada da reallaşdırdıq” deyə, cavab verib.

Ronaldo “Əl Nəsr”lə 2 illik müqaviləyə imza atıb. “Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı portuqaliyalı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button