
COP29 vaxtı 3 liqada oyunlar nəzərdə tutulmayıb
COP29 zamanı Əvəzedicilər, 1-ci və 2-ci Liqaların oyunları nəzərdə tutulmayıb.
Komanda.az xəbər verir ki bu barədə Azərbaycan Premyer Liqasının püşaktma mərasimində Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov deyib.
O, COP29-un Azərbaycan Premyer Liqası oyunlarının fasilə dönəminə təsadüf edəcəyini bildirib.
Bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin