“Bayern” onu, o isə “Barselona”nı istəyir

“Bayer”in müdafiəçisi Conatan Ta karyerasını “Barselona”da davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubundan başqa, almaniyalı futbolçuya “Bayern” də maraq göstərir, lakin onun özü İspaniyaya köçməyə daha yaxındır. “Barselona” müdafiəçi ilə beş mövsümlük müqavilə bağlaya bilər, lakin hələlik heç bir danışıq olmayıb.

Ta yayda azad agent olacaq və klublar ona görə təzminat ödəməli olmayacaq.

29 yaşlı futbolçu bu mövsüm 33 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button