Conatan Juber: “Sabah bunun öhdəsindən gələcəyik”
“Düdelanj”ın futbolçusu Conatan Juber Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda “Qarabağ”la qarşılaşacaqları oyundan əvvəl keçirilən mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, Lüksemburq təmsilçisinin kapitanı jurnalistlərin suallarını cavablandırıb:
- Arada olan saat fərqi sizin oyununuza təsir edəcəkmi?
- Düşünmürəm ki, bizin oyunumuza təsiri olsun. Bunu nəzərə alıb, 1 gün əvvəl tez gəldik. Yuxuyla bağlı problemimiz olsa da, sabah bunun öhdəsindən gələcəyik.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin