
Kanadalı hücumçu “Yuventus”dan 10 milyon avro istəyir
Hücumçu Conatan David İtaliyanın aparıcı klubuna keçmək üçün güzəştə getməyə hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” kanadalı futbolçu üçün mübarizədə favorit hesab olunur və oyunçunun özü də Turin klubuna keçməkdə maraqlı görünür. David öz ətrafı vasitəsilə “Yuventus”a maliyyə tələblərini azaltmağa hazır olduğunu bildirib. Forvard indi imza bonusu şəklində 10 milyon avro tələb edir. “Qoca sinyora” üçün isə bu, hələlik çoxdur və klub 6 milyon avro təklif edir.
25 yaşlı hücumçu 5 il formasını geyindiyi “Lill”lə yollarını ayırdıqdan sonra azad agentə çevrilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



