Terri “Əl-Şabab”ın “sükanı arxasına” keçə bilər
İngiltərə millisinin sabiq müdafiəçisi Con Terri “Əl-Şabab” komandasını çalışdırmağa yaxındır.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun nümayəndələri təxminən bir ay əvvəl 42 yaşlı mütəxəssisə müraciət ediblər.
Terri bu yaydan “Çelsi”nin akademiyasında çalışır. Əvvəllər o, “Aston Villa” və “Lester”də məşqçilər heyətində işləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin