“Mançester Yunayted”lə oyunda olmayacaq
“Mançester Siti”nin müdafiəçisi Con Stounz “Mançester Yunayted”ə qarşı oynamayacaq.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “Mançester Siti”nin müdafiəçisi UEFA Millətlər Liqasında – İngiltərə – Almaniya matçında (3:3) aldığı zədə səbəbindən iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
28 yaşlı Stounz bu mövsüm Premyer Liqada 6 oyuna çıxıb, 2 məhsuldar ötürmə edib.
“Mançester Siti” ilə “Mançester Yunayted” oktyabrın 2-də qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin