Bellingem Bundesliqa klubuna keçə bilər

“Sanderlend”in yarımmüdafiəçisi Cob Bellingem karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçunun transferində “Ayntraxt” maraqlıdır. Frankfurt klubu Çempionlar Liqasının 2025/26 mövsümü öncəsi heyətini “Real”ın futbolçusu Çud Bellingemin qardaşı ilə gücləndirmək niyyətindədir.

19 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna kimi nəzərdə tutulub. O, bu mövsüm Çempionşipdə 42 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button