ÇL: “Qarabağ”ın potensial rəqibi məlum oldu
“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi məlum olub.
Komanda.az xəbər verir ki, “köhlən atlar” 2-ci təsnifat mərhələsində “Sürix”i (İsveçrə) üstələyəcəyi təqdirdə, “Ferentsvaroş” (Macarıstan) / “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
“Qarabağ” – “Sürix” cütünün güclüsü ilk görüşü evdə keçirəcək.
Bu mərhələnin ilk oyunları 2-3 avqustda, cavab qarşılaşmaları isə avqustun 9-da olacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin