ÇL: “Qarabağ”ın potensial rəqibi məlum oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi məlum olub.

Komanda.az xəbər verir ki, “köhlən atlar” 2-ci təsnifat mərhələsində “Sürix”i (İsveçrə) üstələyəcəyi təqdirdə, “Ferentsvaroş” (Macarıstan) / “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

“Qarabağ” – “Sürix” cütünün güclüsü ilk görüşü evdə keçirəcək.

Bu mərhələnin ilk oyunları 2-3 avqustda, cavab qarşılaşmaları isə avqustun 9-da olacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button