ÇL: “Zirə” də 1/8 finala vəsiqə qazandı

Minifutbol üzrə “Zirə” komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə uğrunda pley-off görüşündə Slovakiyanın “Hidrokres Preşov” kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşmada 3:2 hesabı ilə qalib gələn “Zirə” 1/8 finala vəsiqə qazanıb.

“Zirə” sabah Bakı vaxtı ilə 13:00-da Macarıstanın “Santo” komandasıyla qarşılaşacaq.

Daha əvvəl “Birbaşa Bakı” da qrup lideri kimi mərhələ adlamışdı. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button