ÇL: “Belə bir turnirdə iştirak etmək böyük qürurdur”

“Yuventus”un baş məşqçisi Tiaqo Motta UEFA Çempionlar Liqasının yeni formatı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı belə bir turnirdə iştirak etməyin böyük qürur olduğunu bildirib:

“Belə bir turnirdə iştirak etmək böyük qürurdur. Doğma meydanda özümüz və azarkeşlərimiz üçün çalışmalıyıq. Turnirin yeni formatını bəyənirəm. “Yuventus” bir çox komanda ilə görüşməli olacaq, bu, çox həvəsləndiricidir”.

“Yuventus” sentyabrın 17-də UEFA Çempionlar Liqasının 2024/25-ci il mövsümünün açılış turu çərçivəsində Niderlandın PSV komandası ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button